Neçə ailəyə 200 manat birdəfəlik maddi yardım ödənilib? – RƏSMİ
Cəmiyyət
07.01.2026 12:57
“Ünvanlı sosial yardım alan ailələrin hər biri 200 manat birdəfəlik maddi yardımla təmin edilib”.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.
“DSMF tərəfindən birdəfəlik maddi yardımlar qeyd edilən ailələrin hesablarına köçürülüb. Birdəfəlik maddi yardımlar ümumilikdə 76 103 ailəni (337 932 nəfər ailə üzvü) əhatə edib”.
Qeyd edək ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamın icrası məqsədilə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 1.6.1.1-ci yarımbəndində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 15 300 000 (on beş milyon üç yüz min) manat ayrılıb.
Türkan İsgəndərli
tag: DSMF,Sorğu,Manat,Maddi yardım,Todaypress.tv,
