Heydər Əliyev Beynəlxalq Hava Limanı sertifikata layiq görüldü

Heydər Əliyev Beynəlxalq Hava Limanı sertifikata layiq görüldü
27.10.2025 14:19 Cəmiyyət

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal Hava Limanı Karbon Akkreditasiyası (Airport Carbon Accreditation – ACA) proqramı çərçivəsində 3-cü səviyyə üzrə akkreditasiya əldə edib.

TodayPress TV bu barədə aeroportun mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata əsasən, bu nailiyyət hava limanının karbon emissiyalarının idarə edilməsi, azaldılması və tərəfdaşlarla birgə fəaliyyət çərçivəsində davamlı nəticələr əldə etməsi baxımından beynəlxalq səviyyədə tanınmasını ifadə edir.

ACA proqramı, Beynəlxalq Hava Limanları Şurası (Airports Council International – ACI) tərəfindən təsis edilmiş və hava limanlarının karbon emissiyalarının idarə olunması üzrə fəaliyyətini qiymətləndirən yeganə beynəlxalq akkreditasiya sistemidir. Proqram müstəqil auditlər əsasında həyata keçirilir və hava limanlarının enerji səmərəliliyi, əməliyyat məsuliyyəti və emissiya azaldılması üzrə nəticələrini təsdiqləyir.

Heydər Əliyev Beynəlxalq Aeroportu bu uğuru "Yaşıl Hava Limanı" təşəbbüsləri və beynəlxalq standartlara əsaslanan Ətraf Mühit və Enerji İdarəetmə sistemlərinin tətbiqi ilə möhkəmləndirib. Hava limanı artıq "ISO 14001:2015" (Ətraf Mühitin İdarəolunması Sistemi) və "ISO 50001: 2018" (Enerji İdarəetmə Sistemi) üzrə beynəlxalq sertifikatlara sahibdir. Bu, ekoloji məsuliyyətin institusional səviyyədə təmin edildiyini göstərir.

"Bu uğur təkcə texniki mərhələ deyil, daha məsuliyyətli və dayanıqlı hava limanı modeli yaratmaq yolunda strateji addımdır. Biz dayanıqlığı artıq hesabat göstəricisi kimi deyil, fəaliyyət fəlsəfəsi kimi qəbul edirik. Hər bir əməliyyat qərarımızın mərkəzində enerji səmərəliliyi və ekoloji məsuliyyət prinsipləri dayanır", – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.

"ACI EUROPE"un baş direktoru Olivye Yankovets isə qeyd edib: "Heydər Əliyev Beynəlxalq Aeroportunu hava limanları üçün qlobal karbon idarəçiliyi proqramına qoşulduqdan cəmi bir il sonra 3-cü səviyyəyə yüksəlməsi münasibətilə təbrik edirik. Azərbaycanın ən işlək hava limanı kimi, o öz subregionunda karbon idarəçiliyi sahəsində lider mövqedədir və aviaşirkətləri, yerüstü xidmətləri və digər tərəfdaş qurumları emissiyaların azaldılması istiqamətində fəal şəkildə cəlb edir. Bu uğura görə bütün komandanı təbrik edirəm və onlarla sıfır emissiya məqsədinə doğru daha çox nailiyyətləri birlikdə qeyd etməyi səbirsizliklə gözləyirəm".

3-cü səviyyə hava limanının yalnız öz əməliyyatları çərçivəsində deyil, həm də yerüstü xidmətlər və nəqliyyat kimi əlaqəli tərəfdaşlarla birlikdə karbon emissiyalarının idarə edilməsini əhatə edir. Bu uğurla Heydər Əliyev Beynəlxalq Aeroportu Xəzəryanı region və Mərkəzi Asiyada bu səviyyəyə yüksələn ilk hava limanı olub.

Hazırda 91 ölkədə 614 hava limanı ACA proqramı çərçivəsində akkreditasiyadan keçib. Bu hava limanları qlobal sərnişin axınının yarıdan çoxuna xidmət göstərir. Heydər Əliyev Beynəlxalq Aeroportunun bu nüfuzlu siyahıya qoşulması onun beynəlxalq ekoloji öhdəliklərə sadiqliyini və dayanıqlı inkişafda dünya standartlarına uyğun fəaliyyətini bir daha təsdiqləyir.

Hava limanı bu uğuru "Daha Yaşıl Gələcək üçün Birlikdə" (Together for a Greener Future) sloqanı altında birgə məsuliyyət və əməkdaşlıq mədəniyyətinin nəticəsi kimi təqdim edir. Gələcək mərhələlərdə də "Yaşıl Hava Limanı" təşəbbüsləri və ESG strategiyası çərçivəsində fəaliyyətlər davam etdiriləcək.

Xatırladaq ki, "Airport Carbon Accreditation (ACA)" – "ACI" tərəfindən təsis edilmiş yeganə qlobal proqramdır.

O, hava limanlarını karbon emissiyalarının idarə edilməsi üzrə fəaliyyətlərinə əsasən akkreditasiyadan keçirir.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər