Hakim vəzifəsinə təyin edilən prokurorluq işçiləri ilə görüş keçirildi

Cəmiyyət

29.12.2025 18:01

Baş prokurorun birinci müavini Elçin Məmmədov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin olunan Zəfər Ramazanovu, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin olunan Vüqar Məhərrəmovu və Abşeron Rayon Məhkəməsinin hakimi təyin edilən Elvin Teymurzadəni qəbul edib.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

Tədbiri giriş sözü ilə açan Elçin Məmmədov müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində ölkədə ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğunlaşdırıldığını diqqətə çatdırıb.

Qəbul zamanı Zəfər Ramazanov, Vüqar Məhərrəmov və Elvin Teymur-zadəyə Baş prokuror Kamran Əliyev tərəfindən qüsursuz fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlərə görə təltif olunduqları Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanları təqdim edilib.

Onlar prokurorluq orqanlarında qazandıqları zəngin bilik və təcrübənin gələcək hakimlik fəaliyyətlərində qanunun aliliyinin təmin olunmasına, ədalətli və obyektiv məhkəmə qərarlarının qəbuluna mühüm töhfə verəcəyini vurğulayaraq, üzərlərinə düşən məsuliyyətin fərqində olduqlarını, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində bütün bilik və bacarıqlarını səfərbər edəcəklərini bildiriblər.

TodayPress TV

tag: Baş prokurorluq,Hakim,Vəzifə,Təyinat,Todaypress.tv,

photo
photo
photo
photo