DSK: Fəlakətlər nəticəsində zərərçəkənlərin sayı kəskin azalıb
Cəmiyyət
26.12.2025 12:36
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə statistik icmalında fəlakətlərlə bağlı mühüm göstəricilər açıqlanıb.
TodayPress TV xəbər verir ki, icmala əsasən, 2010–2024-cü illər ərzində əhalinin hər 100 min nəfərinə düşən fəlakətlər nəticəsində həlak olmuş, xəsarət almış, xilas və təxliyə olunmuş şəxslərin sayı əhəmiyyətli dərəcədə azalaraq 280,6-dan 19,3-dək enib.
Statistik icmalda qeyd olunur ki, bu göstərici fəlakətlər zamanı və ya ondan dərhal sonra həyatını itirən, xəsarət alan, sağlamlığına zərər dəyən, xilas edilən və təxliyə olunan şəxslərin sayını əks etdirir və əhalinin hər 100 min nəfərinə hesablanır.
Məlumatlara görə, 2024-cü ildə fəlakətlər nəticəsində 83 nəfər həlak olub, 326 nəfər xəsarət alıb, 1450 nəfər təxliyə olunub, 114 nəfər isə xilas edilib.
Qiymət Mahir
tag: DSK,Fəlakət,Zərərçəkən,Azalma,Todaypress.tv,
