Diqqət: Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Oktyabrın 27-də bəzi rayonlarda dumanlı hava şəraiti gözlənilir.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata əsasən, dumanlı hava şəraitinə görə avtomobil yollarında görünüş məsafəsi 500–1000 metrədək məhdudlaşacaq.
Sürücülərə yollarda ehtiyatlı olmaları tövsiyə olunur.
Jalə Rövşən