DİN-dən vətəndaşlara ÇAĞIRIŞ: Saxta paylaşımlara inanmayın
Cəmiyyət
07.01.2026 12:42
Xarici ölkələrdə yüksək məvacibli iş və müxtəlif ali təhsil müəssisələrində təhsillə bağlı saxta onlayn təkliflərə aldanmayın!
Son dövrlərdə sosial şəbəkələrdə xarici ölkələrdə yüksək məvacibli iş və nüfuzlu ali təhsil müəssisələrində təhsil adı altında saxta elanların paylaşılması müşahidə olunur.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Araşdırmalar göstərir ki, bu cür “cəlbedici” təkliflərə aldanan vətəndaşlarımız:
- xaricə səfər etdikdən sonra pasportlarından məhrum edilir,
- məcburi əməyə və ya cinsi istismara məruz qalır.
Unutmayın: Yüksək maaş və tez viza vədi hər zaman real fürsət demək deyil. Məlumatlı olun, rəsmi mənbələri yoxlayın, tələsik qərar verməyin.
İnsan alveri haqqında məlumatlı ol, qurbana çevrilmə.
tag: DİN,Saxta paylaşım,Vətəndaş,Müraciət,Todaypress.tv,
