DİN bayramda azad olunan ərazilərə gedəcək şəxslərə müraciət etdi

DİN bayramda azad olunan ərazilərə gedəcək şəxslərə müraciət etdi
27.12.2025 10:38 Cəmiyyət

Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində azad olunan ərazilərə səfərə çıxan şəxslərə müraciət edib.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yalnız müvafiq icazəsi olan şəxslərin azad edilən ərazilərə sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq:

"Müvəqqəti polis postlarında təqdim edilən təlimat-bildirişlərə uyğun davranmalı, əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət edilməlidir. Əraziyə tez alışan və partlayıcı maddə aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər edilməlidir. İctimai narahatlıq yaradan hallardan çəkinməli, vətəndaşlar davranışları ilə sabitlik mühitinə xələl gətirməməlidirlər".

Vurğulanıb ki, qaydalara əməl etmək həm vətəndaşların həyat və sağlamlığı, həm də bölgənin təhlükəsizliyi naminə zəruridir.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər