Bu yolda dəyişiklik edildi

Bu yolda dəyişiklik edildi
30.12.2025 20:00 Cəmiyyət

Bakının Binəqədi rayonu, Yəhya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində yol hərəkətində dəyişiklik edilib, yeni svetoforlar quraşdırılıb.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yeni svetofor hərəkətin daha təhlükəsiz və nizamlı təşkilinə, yolayrıcında hərəkət intensivliyinin optimallaşdırılmasına imkan verəcək.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər