Bakı-Şamaxı avtomobil yolunda polis gücləndirilmiş rejimdə xidmət təşkil edir
Bölgələrdə qarlı hava davam edir
TodayPress TV xəbər verir ki, qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı avtomobil yolunda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Digər aidiyyəti qurumun əməkdaşları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, qum və duz səpilir.
Sürücülərin mənzil başına təhlükəsiz şəraitdə çatmaları məqsədilə bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.