“Sabah”ın “Mançester Yunayted” sınağı: hər iki komandada ciddi itkilər
“Mançester Yunayted” UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Sabah”la qarşılaşmaya ciddi itkilərlə çıxacaq.
TodayPress TV yerli KİV-ə istinadən xəbər verir ki, Amad Diallo, Matteys de Lixt, Manuel Uqarte və Karlos Baleba zədələrindən sonra bərpa prosesi keçdikləri üçün Azərbaycan çempionuna qarşı keçiriləcək matçı buraxacaqlar.
Qapıçı Tom Hiton və hücumçu Markus Reşfordun qarşılaşmada iştirak edib-etməyəcəyi isə oyun günü məlum olacaq.
“Sabah” da İngiltərəyə ciddi problemlərlə yollanıb. Paytaxt təmsilçisinin üç aparıcı futbolçusu – Ksander Severina, Stiv Solvet və Umarali Raxmonaliyev zədə səbəbindən “Mançester Yunayted”ə qarşı matçda iştirak etməyə bilər.
Qeyd edək ki, “Mançester Yunayted” – “Sabah” qarşılaşması sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Namiq HUN