“Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı

“Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı
22.07.2026 17:05 UEFA

“Neftçi” qadın futbolçular arasında UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə mübarizəyə qoşulub.

TodayPress TV xəbər verir ki, Azərbaycan çempionu I təsnifat mərhələsində Monteneqronun “Buduçnost” komandası ilə qarışılaşıb.Yunanıstanın Veria şəhərində baş tutan 1-ci qrupun yarımfinal matçının əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşıb.

Penaltilər seriyasında daha dəqiq oynayan “Neftçi” 4:3 hesablı qələbə qazanaraq finala yüksəlib.

Siyasət Əsgərovun yetirmələrinin II təsnifat mərhələsinə vəsiqə uğrunda son rəqibi PAOK (Yunanıstan) – “Hapoel” (Yerusalim, İsrail) cütünün qalibi olacaq.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər