Ölkədə hava kəskin dəyişdi: Yağış, qar…
Ötən gün – noyabrın 21-i axşam şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisinin bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən TodayPress TV-yə bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub, Şahdağa isə arabir qar yağıb.
Yağıntının miqdarı: Qaxda (Sarıbaş) 21, Zaqatalada 12, Kişçayda (Şəki) 10, Şəmkir, Tovuzda 9, Gədəbəydə 8, Balakən, Daşkəsəndə 6, Oğuzda 5, Gəncə və Ağstafada 4, Göygöldə 2, Qazax, Samux, Mingəçevirdə 1 mm-dir.
Bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Mingəçevirdə 21, Şahdağda 20, Goranboyda 19, Kəlbəcər və Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-dək güclənib.