İlham Əliyev Livan Prezidentini təbrik etdi

İlham Əliyev Livan Prezidentini təbrik etdi
22.11.2026 13:15 Xarici siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Jozef Aunu milli bayram münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

"Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, məsul fəaliyyətinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və rifah arzulayıram".

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər