Las-Veqas Qran-prisində “Formula-1” tarixinin iki rekordu qırılıb
2026-cı il “Formula-1” mövsümünün Las-Veqas Qran-prisi rekord sayda ötmə və liderlik dəyişikliyi ilə yadda qalıb.
TodayPress TV xəbər verir ki, mövsümün 21-ci mərhələsində pilotlar ümumilikdə 352 ötmə həyata keçirib, liderlik isə yarış ərzində 34 dəfə dəyişib. Bununla da seriya tarixində yeni rekordlar qeydə alınıb.
Rekord göstəricilərə cari mövsümün texniki reqlamenti və elektrik batareyalarından istifadə təsir edib. Hibrid mühərriklərin enerjini müxtəlif döngə və düzlüklərdə sərbəst buraxması, həmçinin hava kisəsi (slipstream) effekti ötmələrin sayının artmasına şərait yaradıb.
Yarış boyunca pilotlar bir-birinə yaxın məsafədə mübarizə aparıblar. Qələbə uğrunda mübarizədə isə dörd sürücü fərqlənib.
“Red Bull” komandasının pilotu Maks Ferstappen poul-pozisiyadan start alsa da, yarış məsafəsində Corc Rassell və Andrea Kimi Antonellinin (“Mercedes”), eləcə də Lando Norrisin (“McLaren”) hücumlarını dəf etməli olub.