Paris yenidən qarışdı: On minlərlə insan küçələrdə
Parisdə polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
TodayPress TV xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.
Nation meydanında yaşayış xərclərinin artmasına etiraz olaraq nümayiş keçirilib.
Polisin məlumatına görə, aksiyada 21,5 min nəfər iştirak edib. Həmkarlar ittifaqları isə nümayişçilərin sayının 45 min olduğunu bildirib.
Xatırladaq ki, noyabrın 17-də Parisdə həmkarlar ittifaqlarının təşkil etdiyi kütləvi nümayişdə iştirakçılar iqtisadi çətinliklər fonunda Fransanın hərbi xərclərinin artırılmasına qarşı çıxıblar. Nation meydanından başlayan yürüşdə bir neçə min nəfər iştirak edib. Nümayişçilər həmçinin maaşların artırılmasını və dövlət sektorunda ixtisarların dayandırılmasını tələb ediblər.
Aysel Mətləb