Kaya Kallasın Avropa adından Putinlə danışmaq arzusu baş tutmadı
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Rusiya ilə danışıqlarda Avropanı təmsil etmək üçün real namizəd kimi nəzərdən keçirilmədiyi bildirilir.
TodayPress TV “El Pais” nəşrinə istinadən xəbər verir ki, bu barədə nəşrə diplomatik mənbələr məlumat verib.
Mənbələrin sözlərinə görə, danışıqlarda iştirak edəcək şəxslərin tərkibi görüşün formatından asılı olacaq. Dialoqu ya müvafiq sahə üzrə mütəxəssislər, ya da dövlət başçıları aparacaq.
Kallas danışıqlar prosesinin əlaqələndirilməsini təklif etsə də, nəticədə prosesdən kənarda qalıb.
Kübra Musayeva