Polina Şukina Sinqapurda üçxallıq atışlar üzrə çempion oldu
Azərbaycan millisinin basketbolçusu Polina Şukina beynəlxalq proqram çərçivəsində keçirilən üçxallıq atışlar müsabiqəsinin qalibi olub.
TodayPress TV xəbər verir ki, idmançımız Sinqapurda təşkil olunan qadınlar üçün ilk “Basketball Without Borders Next Up 2026” proqramında uğur qazanıb.
Polina Şukina “Sport Singapore 2026 Three-Point Champion” mükafatına layiq görülüb.