Qazaxıstanda "insanı ayaqdan salan virus" yayıldı - 14 mindən çox sakin...

Qazaxıstanda "insanı ayaqdan salan virus" yayıldı - 14 mindən çox sakin...
22.11.2026 04:35 Dünya

Qazaxıstanda yayılan “insanı ayaqdan salan virus” səbəbindən Almatıda 14 mindən çox sakin tibbi yardım üçün müraciət edib.

TodayPress TV xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, təxminən 3 min uşaq xəstəxanaya yerləşdirilib. Yoluxanlar bir neçə gün ərzində yüksək hərarətdən əziyyət çəkir, bəzi hallarda temperatur 40 dərəcəni keçir və düşmür. Əlamətlər arasında titrətmə, bədən ağrıları, boğaz ağrısı, güclü öskürək və baş ağrısı da var. Bəzi pasiyentlərdə qusma və ishal müşahidə olunur.

Valideynlər bildirirlər ki, dərman qəbulundan sonra uşaqların vəziyyəti bəzən yaxşılaşsa da, bu, yalnız bir neçə saat davam edir, daha sonra hərarət yenidən yüksəlir. Sosial şəbəkələrdə xəstəxanaların dolu olduğunu əks etdirən videolar paylaşılır. Bəzi böyüklər isə uşaqları ilə birlikdə həkim qəbulunu gözləyərkən yoluxduqlarını iddia edirlər.

“Valideynlər artıq virusu "insanı ayaqdan salan" adlandırırlar”, – deyə məlumatda qeyd olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər