Rusiyanın gecə əməliyyatı: Xarkovda alovlar yüksəldi
Rusiyanın pilotsuz uçuş aparatları gecə saatlarında Ukraynanın Poltava və Xarkov vilayətlərinə hücum edib.
TodayPress TV xəbər verir ki, RBC-Ukraynanın məlumatına görə, Poltava vilayətinin Kremençuk rayonunda dron özəl müəssisənin ərazisinə düşüb. İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Bundan başqa, pilotsuz uçuş aparatı Xarkov şəhərinin Kiyev rayonunu hədəfə alıb. Zərbədən sonra ərazidə yanğın başlayıb.
Hücumların digər nəticələri ilə bağlı məlumat dəqiqləşdirilir.
Kübra Musayeva