Messinin mübahisəli hərəkətinə görə hakim qərarını açıqladı: Qırmızı vərəqə niyə verilmədi?
MLS-in pley-off mərhələsinin ilk turunda “İnter Mayami” və “Kolumbus Kru” komandaları arasında keçirilən (0:3) oyunun baş hakimi Allen Çepmen Lionel Messinin rəqib futbolçu Qonsalo Tapiyanın üzünə top atmasına görə niyə meydandan qovulmadığını izah edib.
TodayPress TV “The Daily Star” nəşrinə istinadən xəbər verir ki, hakim hər iki futbolçuya sarı vərəqə göstərib.
“Tətbiq olunan güc əhəmiyyətsiz dərəcədə idi və qayda pozuntusu zorakı davraış səviyyəsinə çatmırdı”, – deyə Çepmen bildirib.
Hadisə birinci hissəyə əlavə olunmuş dəqiqələrdə baş verib. Messi aut atışı zamanı topu güclə rəqib futbolçu Qonsalo Tapiyanın üzünə atıb. Həmin vaxt “İnter Mayami” 0:1 hesabı ilə geridə idi və azlıqda mübarizə aparırdı.