Ukraynaya hücumun bədəli ağır olacaq: NATO dərhal müdaxilə edə bilər

Ukraynaya hücumun bədəli ağır olacaq: NATO dərhal müdaxilə edə bilər
22.11.2026 14:33 Dünya

Rusiya Prezidenti Vladimir Putin qeyri-rəsmi danışıqlar zamanı Ukraynaya NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsinə razılıq bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin köşə yazarı Devid İqnatius danışıqlara yaxın mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Moskvanın əsas şərti Ukrayna ərazisində NATO qoşunlarının yerləşdirilməməsidir. Bunun müqabilində Rusiyaya qarşı sanksiyaların yumşaldılması nəzərdə tutulur. Lakin Rusiya yeni hücuma hazırlaşmaq üçün qoşunlarını sərhədə cəmləşdirməyə başlayarsa, sanksiyalar yenidən bərpa edilə bilər.

ABŞ-nin təklifinə əsasən, atəşkəsdən sonra Rusiya qoşunlarını sərhəd bölgəsindən geri çəkməlidir. Rusiyanın yenidən hücuma keçəcəyi təqdirdə isə NATO qüvvələrinin dərhal Ukraynaya göndərilməsi nəzərdə tutulur.

Kübra Musayeva

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər