Litva Rusiyaya qarşı hücum iddialarına cavab verdi
Litva Rusiyanın Kalininqrad vilayətinə pilotsuz uçuş aparatları ilə hücumda iştirak etməsi barədə yayılan iddiaları təkzib edib.
TodayPress TV xəbər verir ki, Litvanın xarici işlər naziri Kestutis Budris ölkəsinin Rusiya ərazisinə zərbələr endirilməsi üçün hava məkanından istifadəyə heç vaxt icazə vermədiyini bildirib.
Litva Xarici İşlər Nazirliyinin açıqlamasında sosial şəbəkələrdə yayılan məlumatların yalan olduğu vurğulanıb. Qeyd olunub ki, Vilnüs Kalininqrad vilayətinə hücum da daxil olmaqla, Rusiyadakı obyektlərə zərbələr endirmək üçün öz hava məkanından istifadəyə icazə verməyib.
Kübra Musayeva