Bahar Muradova AZAL qəzasından sağ çıxan Aydanla qarşılaşdı - FOTOLAR

Bahar Muradova AZAL qəzasından sağ çıxan Aydanla qarşılaşdı - FOTOLAR
20.11.2026 20:10 Sosial

2024-cü il dekabrın 25-də AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından sağ çıxan, “Rəşadət” ordenli Aydan Rəhimli yenidən sevimli peşəsinə qayıdıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Bakıdan İstanbula uçan AZAL təyyarəsində Aydan Rəhimli ilə təsadüfən qarşılaşıb. Bahar Muradova onu yenidən sevimli peşəsinin başında, AZAL-ın formasında və gülərüz görməyin böyük sevinc və qürur hissi yaşatdığını vurğulayıb.

Paylaşımda qeyd olunub ki, Bahar Muradova ötən il faciədən sonra Aydan Rəhimli və anası ilə Dövlət Komitəsində görüşüb. Həmin vaxt ağır sarsıntı keçirən Aydan peşəsinə davam edəcəyini və güclü olmağa çalışacağını bildirib.

Bahar Muradova onun bu gün yenidən işinin başında olmasını iradə və qətiyyət nümunəsi kimi qiymətləndirib, Aydanın həyat yolunun xüsusilə gənc qızlar üçün örnək olduğunu qeyd edib.

Qeyd edək ki, Aydan Rəhimli 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində sağ qalan 29 nəfərdən biridir. O, hadisə zamanı göstərdiyi cəsarət və peşəkarlığa görə “Rəşadət” ordeni ilə təltif olunub. Azərbaycanın bu ordenlə təltif edilmiş ilk və yeganə qadınıdır.

FOTOLAR

Bahar Muradova AZAL qəzasından sağ çıxan Aydanla qarşılaşdı - FOTOLAR — 1
Bahar Muradova AZAL qəzasından sağ çıxan Aydanla qarşılaşdı - FOTOLAR — 2
Bahar Muradova AZAL qəzasından sağ çıxan Aydanla qarşılaşdı - FOTOLAR — 3
Bahar Muradova AZAL qəzasından sağ çıxan Aydanla qarşılaşdı - FOTOLAR — 4
XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər