Buz meydanında görünməmiş QALMAQAL: Rəqibini vurdu, haqqında cinayət işi açıldı

Buz meydanında görünməmiş QALMAQAL: Rəqibini vurdu, haqqında cinayət işi açıldı
22.11.2026 04:32 Dünya

İsveçrədə kanadalı hokkeyçi Daniel Karrın rəqibinə ağır xəsarət yetirməyə cəhd etməsi ilə bağlı cinayət işi açılıb.

TodayPress TV xəbər verir ki, bu barədə İsveçrə polisi məlumat yayıb.

Hadisə oktyabrın 16-da İsveçrə Hokkey Liqasının “Ajuya” və “Bil-Bien” komandaları arasında keçirilən matçın üçüncü periodunda baş verib. Hokkeyçilər arasında yaranan qarşıdurma zamanı Karr “Bil-Bien”in kapitanı Qaetan Haası bortdan vurub. Haas dizləri üstə yıxıldıqdan sonra kanadalı hokkeyçi ona baş nahiyəsindən zərbə endirib.

Matçdan sonra Haasa beyin silkələnməsi diaqnozu qoyulub. O, oktyabrın 16-dan bu yana buz meydanına çıxmayıb. Hadisəyə görə Karr 7 oyunluq diskvalifikasiya edilib.

Oktyabrın 23-də İsveçrə prokurorluğu “ağır xəsarət yetirməyə cəhd” faktı üzrə cinayət işi açıb. Haas hüquq-mühafizə orqanlarına şikayət etməsə də, iş televiziya vasitəsilə canlı yayımlanan və daha sonra media xəbərlərində yer alan görüntülər əsasında başladılıb.

Polis artıq Karr və Haas da daxil olmaqla, hadisə iştirakçılarını dindirir.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər