Ferstappen Las-Veqasda hamını geridə qoydu

Ferstappen Las-Veqasda hamını geridə qoydu
22.11.2026 11:01 İdman

“Formula-1” üzrə Las-Veqas Qran-prisinin qalibi Maks Ferstappen olub. Niderlandlı pilot mövsüm ərzində dördüncü dəfə yarışı birinci pillədə başa vurub.

TodayPress TV xəbər verir ki, ABŞ-də təşkil olunan mərhələdə “Red Bull” komandasının üzvü 50 dövrəni 1 saat 27 dəqiqə 39,624 saniyəyə qət edib.

Ferstappenin qələbəsi asan olmayıb. O, finişə ən yaxın rəqibi, “Maklaren” komandasının britaniyalı pilotu Lando Norrisdən cəmi 0,639 saniyə öndə çatıb. Üçüncü yeri isə liderdən 1,529 saniyə geri qalan digər “Maklaren” sürücüsü Oskar Piastri tutub.

Beləliklə, Las-Veqas mərhələsində ilk üçlükdə iki “Maklaren” pilotu yer alsa da, yarışın qalibi Ferstappen olub.

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər