Rusiya NATO-nun ən böyük zəifliyini üzə çıxardı
Rusiya Polşada baş verən insidentlə NATO-nun mümkün reaksiyasının sərhədlərini yoxlayır. “The Telegraph” yazır ki, Rusiya qanadlı raketinin və iki reaktiv pilotsuz uçuş aparatının Polşa ərazisinə düşməsindən sonra Varşava NATO müqaviləsinin 4-cü maddəsinin işə salınmasını tələb etməyib.
TodayPress TV xəbər verir ki, nəşrin məlumatına görə, analitiklər Polşanın təmkinli davranışını Alyans daxilində parçalanma ehtimalı ilə əlaqələndirirlər. Bu narahatlığa ABŞ Prezidenti Donald Trampın raket və dronların Polşa ərazisinə səhvən düşə biləcəyini istisna etməməsi də təsir göstərib.
Chatham House analitiki Kir Caylz hesab edir ki, Moskva Avropanın reaksiyasını məqsədli şəkildə sınaqdan keçirir və NATO-nun yumşaq mövqeyindən təəccüblənə bilər.
Nəşr vurğulayır ki, sərt cavabın olmaması Kremlə NATO-nun zəiflədiyi qənaətini aşılaya və yeni hibrid hücumlara yol aça bilər. Bu vəziyyət, həmçinin Ukraynaya veriləcək gələcək təhlükəsizlik təminatlarının etibarlılığını sual altına qoyur. Çünki kollektiv müdafiə prinsipinin Moskva üçün çəkindirici amil kimi əhəmiyyəti azala bilər.
Kübra Musayeva