İşdən çıxarılacaqdı, 25 milyon dollardan sonra hər şey dəyişdi

İşdən çıxarılacaqdı, 25 milyon dollardan sonra hər şey dəyişdi
22.11.2026 12:15 Dünya

ABŞ Prezidenti Donald Trampın ticarət naziri Hovard Lütniyi vəzifədən uzaqlaşdırmaq planından 25 milyon dollarlıq ianədən sonra imtina etdiyi iddia olunur.

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp bu ilin əvvəlində Hovard Lütniyin maliyyəçi Ceffri Epşteynin şəxsi adasında olduğunu etiraf etməsindən sonra onun vəzifədən kənarlaşdırılması məsələsini nəzərdən keçirib.

Lakin qəzetin mənbələrinin bildirdiyinə görə, Lütniyin Trampın prezident kitabxanasının yaradılması üçün 25 milyon dollar ianə etməsindən sonra məsələ gündəmdən çıxıb. Bundan sonra ABŞ Prezidenti nazirin istefası məsələsini qaldırmayıb.

Ağ Ev və Hovard Lütniyin özü WSJ-nin yaydığı məlumatla bağlı hələlik rəsmi açıqlama verməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər