Rusiya qorxusu Almaniyanın hərbi planını dəyişdirdi
Almaniya Litvada keçiriləcək hərbi təlimlərə texnikanın daşınma üsulunu dəyişib. Buna səbəb Rusiyanın mümkün təbliğatından yayınmaq istəyidir.
TodayPress TV-nin “Bild” nəşrinə istinadən verdiyi məlumata görə, Almaniya tankları Polşa ərazisindən müstəqil şəkildə hərəkət etməklə deyil, dəmir yolu vasitəsilə “Grand Eagle 26” təlimlərinə çatdırılacaq.
Nəşrin təhlükəsizlik strukturlarındakı mənbələrinin bildirdiyinə görə, Belarus sərhədi yaxınlığında Baltikyanı ölkələr istiqamətində hərəkət edən alman zirehli texnikasının görüntüləri Rusiya Prezidenti Vladimir Putin üçün təbliğat materialına çevrilə bilər.
Bununla belə, təlimlərin əsas məqsədi real təhlükə yaranacağı təqdirdə qoşunların operativ şəkildə bölgəyə köçürülməsi üçün logistika imkanlarını sınaqdan keçirməkdir.
Litvada keçirilən “Grand Eagle 26” və “Freedom Shield 26 II” təlimlərinə ümumilikdə 6 mindən çox hərbçi cəlb olunub.
Kübra Musayeva