Putin, Tramp və Si Cinpin - Yeni “Yalta üçlüyü”
ABŞ Prezidenti Donald Tramp Rusiya, Çin və ABŞ liderlərinin görüşünü 1945-ci il Yalta konfransı ilə müqayisə edib.
TodayPress TV xəbər verir ki, Tramp “Truth Social” sosial şəbəkəsində paylaşdığı fotokolajda Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və özünün görüntüsünü İkinci Dünya müharibəsinin qalib dövlətlərinin rəhbərlərinin Yalta konfransındakı fotosu ilə yanaşı yerləşdirib.
Paylaşımda üç ölkəni “böyük dövlətlər” adlandıran Tramp şəklin üzərinə “Böyük dövlətlər. 1945, 2026” sözlərini yazıb.
Kübra Musayeva
