Bel ağrısı ilə bağlı illərdir deyilən fikir YALAN ÇIXDI - Alimlərdən araşdırma

Bel ağrısı ilə bağlı illərdir deyilən fikir YALAN ÇIXDI - Alimlərdən araşdırma
22.11.2026 03:48 Sağlamlıq

Bel ağrısı olan pasiyentlərin qarın əzələlərinin orta hesabla daha az olmadığı müəyyən edilib.

TodayPress TV xəbər verir ki, bu nəticəyə 33,5 mindən çox kompüter tomoqrafiyası görüntüsünü araşdıran Stanford Universitetinin alimləri gəliblər.

Bununla belə, bel ağrısı olan şəxslərdə qarın nahiyəsində əzələ toxumasının yağ toxumasına nisbəti daha aşağı olub.

Alimlər gövdə əzələlərinin daha kiçik olması səbəbindən onurğanın dəstəklənməsinin çətinləşə biləcəyi ilə bağlı geniş yayılmış fərziyyəni yoxlayıblar. Çox sayda pasiyentin bədən quruluşunu müqayisə etmək üçün kompüter tomoqrafiyası görüntülərində əzələ və yağ toxumalarını ayıran neyron şəbəkədən istifadə edilib.

Tədqiqatın ilkin məlumat bazasına 23 508 nəfərin görüntüləri daxil edilib. Tibbi qeydlər əsasında bel ağrısı diaqnozu olan 2 622 pasiyent seçilib və müqayisə üçün bu diaqnozu olmayan 2 577 nəfər müəyyənləşdirilib. Nəticələrin yaş, cins və bədən kütlə indeksi fərqlərindən daha az təsirlənməsi üçün qruplar həmin göstəricilər üzrə uyğunlaşdırılıb.

Eyni bədən kütlə indeksinə malik şəxslər arasında qarın nahiyəsində əzələ və yağ toxumasının nisbəti fərqli olub. Bununla belə, əzələ toxumasının ümumi miqdarı və yağın paylanması baxımından nəzərəçarpacaq fərq aşkarlanmayıb.

Tədqiqatçılar qeyd ediblər ki, görüntülər toxumaların ölçüsünü və yerləşməsini göstərsə də, əzələlərin gücünü və hərəkət zamanı nə dərəcədə koordinasiyalı işlədiyini müəyyən etməyə imkan vermir.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər