Kanada Arktikada tək qalır? - Müdafiə naziri iddialara aydınlıq gətirdi

Kanada Arktikada tək qalır? - Müdafiə naziri iddialara aydınlıq gətirdi
22.11.2026 06:00 Dünya

ABŞ Kanada Silahlı Qüvvələri ilə hərbi əməkdaşlığı məhdudlaşdırmayıb.

TodayPress TV xəbər verir ki, Kanadanın müdafiə naziri Devid Makginti “Reuters” agentliyinə müsahibəsində bildirib.

O, iki ölkə arasında hərbi və digər sahələrdə əməkdaşlıqda heç bir dəyişikliyin olmadığını vurğulayıb.

Nazirin sözlərinə görə, hər iki ölkənin silahlı qüvvələri Karib dənizi vasitəsilə narkotiklərin yayılmasına qarşı mübarizə, raket sistemlərinin inteqrasiyası və hava hücumundan müdafiə kimi məsələlərdə sıx əməkdaşlığı davam etdirir.

Makginti Kanadanın, xüsusilə Arktika bölgəsində öz təhlükəsizliyinə görə məsuliyyəti üzərinə götürməsinin vacibliyini vurğulayıb. O, Ottavanın ABŞ-nin “Starlink” peyk sisteminə alternativ yaratmaq üzərində işlədiyini də bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər