“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində yeni pilot layihə başlanır

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində yeni pilot layihə başlanır
14.10.2025 12:58 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Dünya Bankının maliyyə dəstəyi ilə icra etdiyi “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində “Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” pilot layihəsinə başlayır. 

TodayPress TV xəbər verir ki, pilot layihə işsiz və ya işaxtaran şəxslərin istehsal və xidmət sahələri üzrə məşğulluq imkanlarını artırmaq, o cümlədən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluğunu təmin etmiş şəxslərin bizneslərini inkişaf etdirmələrinə dəstək məqsədi daşıyır.

Layihə ilkin mərhələdə Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz və Lənkəran-Astara iqtisadi rayonlarını əhatə edəcək.

Layihədə iştirak üçün proqram iştirakçılarına dair tələblər aşağıdakılardır:

Özünüməşğulluq proqramı çərçivəsində qurduğu təsərrüfatı son bir il ərzində fəaliyyətdə olan;

Müraciət tarixinə Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan (bununla bağlı müvafiq vergi orqanından alınmış arayış müraciətə əlavə edilməlidir).

Qeyd edilən meyarlara cavab verən 50 benefisiar seçiləcək və onların işə qəbul etdikləri işçilərin əməkhaqqı və ona bağlı icbari ödənişlərinin ilk 3 ayda tam məbləği, növbəti 3 ayda isə 50 faizi “Məşğulluğa Dəstək Layihəsi” tərəfindən ödəniləcək.

Layihədə iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

https://survey.sosial.gov.az/index.php/617546?lang=az

Son müraciət tarixi 24 oktyabr 2025-ci ildir. Əlavə məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına və  DOST Mərkəzlərinə müraciət edə bilərsiniz.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər