Cəbrayılda 10 baş ceyran buraxıldı - FOTO

Cəbrayılda 10 baş ceyran buraxıldı - FOTO
27.11.2026 17:00 Sosial

Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb.

Bu barədə TodayPress TV Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti reintroduksiya tədbiri həyata keçirilib:

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulmuş fauna növlərinin bərpası və reintroduksiyası tədbirləri çərçivəsində Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb".

Xidmət rəisi qeyd edib ki, bu günədək işğaldan azad edilmiş ərazilərə 50 baş ceyran buraxılıb.

TodayPress TV

FOTOLAR

Cəbrayılda 10 baş ceyran buraxıldı - FOTO — 1
Cəbrayılda 10 baş ceyran buraxıldı - FOTO — 2
Cəbrayılda 10 baş ceyran buraxıldı - FOTO — 3
XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər