Tokayev: "Məscidlərin əvəzinə kitabxanalar tikilməlidir"

Tokayev: "Məscidlərin əvəzinə kitabxanalar tikilməlidir"
27.11.2026 14:48 Dünya

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə yeni məscidlərin tikintisi əvəzinə kitabxanaların sayının artırılmasının vacibliyini vurğulayıb.

TodayPress TV xəbər verir ki, dövlət başçısı bu fikirləri Moskvada keçirilən “Süni İntellekt Dünyasına Səyahət” konfransı çərçivəsində məktəblilər və tələbələrlə görüşündə səsləndirib.

Tokayev bildirib ki, əvvəllər ölkədə məscid tikintisinə xüsusi diqqət yetirilirdi, lakin indi kitabxanaların inşasına üstünlük verilməlidir.

Prezident “Oxuyan Millət” təşəbbüsü çərçivəsində Astana və Almatı şəhərlərində 24 saat fəaliyyət göstərəcək prezident kitabxanalarının açılacağını da açıqlayıb.

Onun sözlərinə görə, süni intellekt və texnologiyaların inkişafına baxmayaraq, insanların tənqidi düşünmə qabiliyyətini formalaşdırmaq üçün mütaliə mühüm əhəmiyyət daşıyır.

Tokayev süni intellektin Lev Tolstoyun “Müharibə və Sülh” romanını cəmi 25 səhifədə ümumiləşdirə biləcəyini qeyd edərək, klassik əsərlərə bu cür yanaşmanı “təhlükəli sadələşdirmə” adlandırıb.

Dövlət başçısı vurğulayıb ki, texnologiyalar nə qədər inkişaf etsə də, kitab oxumağın əhəmiyyətini əvəz edə bilməz.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər