Tusk Rusiyadakı oliqarxiya modelinə dolayı mesaj verdi? - VİDEO
Polşanın baş naziri Donald Tusk ölkəsində oliqarxiyanın mövcud olmadığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb.
Tusk qeyd edib ki, bunun səbəblərindən biri varlı şəxslərin nəzarətsiz ianələr vasitəsilə seçkilərin nəticələrinə cəzasız şəkildə təsir göstərə bilməməsidir.
Onun sözlərinə görə, Polşada seçki prosesinə maliyyə təsirinin qarşısını alan mexanizmlər oliqarxiyanın formalaşmasına mane olan amillərdəndir.
Ekspertlər polşalı nazirin fikirlərini Rusiyadakı oliqarxiya modelinə dolayı eyham kimi də qiymətləndirirlər.
Jalə Rövşən