Kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxs saxlanıldı

Kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxs saxlanıldı
27.11.2026 13:46 Sosial

Nəsimi rayonu ərazisində kredit götürmək istəyən qadın dələduzluqla üzləşib.

TodayPress TV xəbər verir ki, zərərçəkən əlaqə yaratdığı naməlum şəxsə müraciət edərək bankların birindən kredit götürməsi üçün ona köməklik göstərməsini istəyib. O, 11 min manat kredit vəsaitinin ayrılması üçün qarşı tərəfin bank kartına 2000 manat pul göndərsə də, vəd edilən krediti götürə bilməyib.

Nəsimi rayonunda polis tərəfindən keçirilən tədbirlə əməli törədən, əvvəllər dəfələrlə məhkum olunmuş C.Əzimov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, C.Əzimov pul köçürülməsi zamanı öz əməllərini ört-basdır etmək üçün dostuna məxsus kart hesabından istifadə edib.

Araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər