Ukrayna məsələsi bu qış həll oluna bilər: Tusk - VİDEO
Polşanın baş naziri Donald Tusk Ukraynadakı müharibənin taleyinin qarşıdakı qış və yaz aylarında müəyyənləşə biləcəyini istisna etməyib.
TodayPress TV xəbər verir ki, bu barədə "Clash Report" Polşa hökumət başçısının açıqlamasını yayıb.
Tusk bildirib ki, Ukraynanın qarşıdakı ən çətin ayları davam gətirərək keçirməsi vacibdir. Onun sözlərinə görə, müharibənin taleyi yaxın aylarda müəyyənləşə bilər.
Polşa baş naziri ABŞ siyasəti ilə bağlı da fikirlərini bölüşüb. O, Vaşinqtonun siyasətini gözlənilməz dönüşlərlə dolu trillerə bənzədib və ABŞ-da hakimiyyətdə kimin olmasından asılı olmayaraq müəyyən prinsiplərin qorunmasının vacibliyini vurğulayıb.
Jalə Rövşən
Polish PM Donald Tusk:
— Clash Report (@clashreport) November 27, 2026
I do not want to comment on American policy, which is indeed full of twists and turns. It sometimes resembles quite a thriller when it comes to surprises.
But I firmly believe that regardless of who is in power in the United States and how they view… pic.twitter.com/SKN6b7IfHe