Fransada vəziyyət ağırlaşır: Makron özünü doğrultmadı
Fransa ardıcıl iki rüb iqtisadi daralmadan sonra texniki tənəzzülə qədəm qoyub.
TodayPress TV xəbər verir ki, “Le Monde” nəşrinin məlumatına görə, yenidən işlənmiş rəsmi göstəricilərə əsasən, ölkənin ümumi daxili məhsulu (ÜDM) 2026-cı ilin ikinci rübündəki cüzi azalmadan sonra üçüncü rübdə də 0,2 faiz geriləyib.
Bununla yanaşı, Fransanın dövlət büdcəsi kəsiri də hökumətin proqnozlaşdırdığı 5,4 faizlik həddi keçərək ÜDM-in 5,6 faizinə çatıb.
Mövcud göstəricilər fonunda Fransanın 2026-cı il üçün nəzərdə tutulan 0,5 faizlik iqtisadi artım hədəfinə çatmayacağı gözlənilir.
Jalə Rövşən