Parataekvondoçumuz beynəlxalq arenada növbəti medalını qazandı!

Parataekvondoçumuz beynəlxalq arenada növbəti medalını qazandı!
27.11.2026 15:12 İdman

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Qran-pri finalında bürünc medal əldə edib.

TodayPress TV xəbər verir ki, K44 kateqoriyasında mübarizə aparan idmançımız yarımfinal mərhələsində meksikalı Xuan Dieqo Qarsiya Lopesə uduzub.

İmaməddin Xəlilov bürünc medal uğrunda görüşdə braziliyalı rəqibi Valter Sedano Delfino de Oliveyra döyüşə çıxmadığı üçün turnirin mükafatçısı olub.

Namiq HUN

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər