Tramp Azərbaycandan danışdı: Putinin 10 ildə bacarmadığını...

Tramp Azərbaycandan danışdı: Putinin 10 ildə bacarmadığını...
10.10.2026 09:09 Siyasət

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında 32 il davam edən münaqişəni cəmi iki günə həll etdiyini deyib.

TodayPress TV xəbər verir ki, o, bu barədə Nyu-York ştatının Sirakyus şəhərində keçirilən mitinqdə danışıb.

Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin də münaqişənin bu qədər qısa müddətdə həll olunacağına inanmayıb.

“Putin buna inana bilmirdi. O mənə dedi ki, 10 il ərzində bu münaqişəni həll etməyə çalışıb, amma buna nail ola bilməyib. Mən isə bunu iki gün ərzində etdim”, – deyə Tramp bildirib.

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər