İran Azərbaycandakı səfirini təcili Tehrana çağırdı
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin Azərbaycandakı səfiri
Müctəba Dəmirçilu ilə görüşüb.
TodayPress TV Apa-ya istinadən xəbər verir ki, görüşdə Tehran-Bakı münasibətlərinin son durumu və
qarşıdakı perspektivləri müzakirə edilib.
Söhbət əsnasında ikitərəfli münasibətlərlə bağlı son hadisələr və proseslər nəzərdən keçirilib, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar, eləcə də iki ölkə arasında davamlı qarşılıqlı əlaqələrin və məsləhətləşmələrin gücləndirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.