İlham Əliyev: "İlk dəfədir qurultayımız tam suverenliyimiz bərpa olunandan sonra keçirilir"

İlham Əliyev: "İlk dəfədir qurultayımız tam suverenliyimiz bərpa olunandan sonra keçirilir"
02.10.2026 10:32 Siyasət

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra ilk dəfədir qurultay keçirilir.

TodayPress TV  xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında çıxışı zamanı deyib.

Dövlət başçısı VII qurultayın da o vaxt üçün yeni mühitdə keçirildiyini xatırladıb:

"Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir".


XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər