Dövlət qulluqçularının andının sadələşdirilməsi təklif edildi
Milli Məclisin deputatı Fazil Mustafa dövlət qulluqçularının andı ilə bağlı müddəaların sadələşdirilməsinin vacibliyini vurğulayıb.
TodayPress TV xəbər verir ki, deputat bu barədə “Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.
Fazil Mustafa hesab edir ki, dövlət qulluqçusunun Azərbaycan Respublikasına sadiq olması, Konstitusiyaya əməl etməsi və dövlətin mənafelərini qoruması ilə bağlı müddəalarda müəyyən təkrarlılıq var. Deputat bu tələblərin daha aydın və yığcam formada ifadə olunmasını təklif edib.
Onun fikrincə, hüquqi mətnlərdə eyni məzmunu təkrarlayan müddəaların sadələşdirilməsi qanunvericiliyin daha anlaşıqlı olmasına və sənədin qəbulunun asanlaşmasına kömək edə bilər.
Qiymət Mahir