Azərbaycan Xəzərin külək enerjisinə xarici investorları cəlb edir

Azərbaycan Xəzərin külək enerjisinə xarici investorları cəlb edir
10.11.2026 10:59 Sənaye və energetika

Azərbaycan Xəzərin külək enerjisi potensialına investisiya cəlb etmək üçün beynəlxalq investorları əməkdaşlığa dəvət edib.

TodayPress TV xəbər verir ki, energetika naziri Pərviz Şahbazov bu barədə “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Nazir bildirib ki, COP31 çərçivəsində Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən “Külək enerjisinə investisiyaların sürətləndirilməsi: COP31 öhdəliklərindən tərəfdaşlıqlara” mövzusunda Nazirlər və İnvestorların Plenar İclasında iştirak edib.

Pərviz Şahbazov qeyd edib ki, tədbirdə Xəzərin külək enerjisi potensialı və yaşıl enerji dəhlizlərinin yaratdığı investisiya imkanları təqdim olunub. O, beynəlxalq maliyyə institutlarını, investorları və şirkətləri Azərbaycanın bu sahədəki layihələrində iştiraka dəvət edib.

FOTOLAR

Azərbaycan Xəzərin külək enerjisinə xarici investorları cəlb edir — 1
Azərbaycan Xəzərin külək enerjisinə xarici investorları cəlb edir — 2
XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər