İşğaldan azad olunmuş rayonumuzda ilk su elektrik stansiyası tikilir - VİDEO

İşğaldan azad olunmuş rayonumuzda  ilk su elektrik stansiyası tikilir - VİDEO
31.10.2026 11:50 Sənaye və energetika

Qubadlı rayonunda - Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə "Eyvazlı" Su Elektrik Stansiyası tikilir.

TodayPress TV  xəbər verir ki, bu barədə "AzərEnerji" məlumat yayıb.

Bildirilib ki, bu, Qubadlı rayonunun tarixində yaradılan ilk su elektrik stansiyası olacaq.

Stansiyanı dayanıqlı su ilə təmin etmək üçün Bərgüşad çayı üzərində ekoloji normalara uyğun baş suqəbuledici qurğu inşa edilib. Mürəkkəb relyef şəraitində uzunluğu 5,3 km məsafədə derivasiya boru xətti çəkilib, maşın zalının tikintisi başa çatdırılıb.

Hazırda stansiyada turbin və generatorların, eləcə də 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğuların montajı həyata keçirilir. İki ədəd Frensis tipli turbinlə təchiz olunacaq "Eyvazlı" SES-də tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur.

"Eyvazlı" SES "AzərEnerji"nin 2021-ci ildə tikərək istismara verdiyi 110 kilovoltluq "Qubadlı" yarımstansiyası vasitəsilə ölkənin vahid enerjisisteminə qoşulacaq.

Yeni tikilən SES-in istismara verilməsi ilə Qubadlı rayonu da, işğaldan azad edilmiş ərazilərdə "yaşıl" hidroenerji istehsal edən rayonların sırasına qoşulacaq. Stansiyada ildə 15,6 milyon kilovat-saat ekoloji cəhətdən təmiz "yaşıl enerji"nin istehsalı, 3,5 milyon kubmetr təbii qaza qənaət edilməsi və atmosferə atılan 6 400 ton karbon qazı emissiyasının qarşısının alınması nəzərdə tutulur.



XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər