Türkiyə Ermənistanla yükdaşımalarına başladı
“Turkish Airlines” aviaşirkətinin yükdaşıma bölməsi olan “Turkish Cargo” İstanbul–İrəvan–İstanbul marşrutu üzrə ilk müntəzəm yük reysini həyata keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Aeroportist” portalı məlumat yayıb.
Məlumata görə, bazar günü həyata keçirilən xüsusi reys iki ölkə arasında etibarlı yükdaşımalarının təmin edilməsinə xidmət edir.
Qeyd edək ki, bu ilin mart ayından etibarən “Turkish Airlines” İstanbul–İrəvan marşrutu üzrə müntəzəm sərnişin reysləri də həyata keçirir.