Gürcüstanda Azərbaycan dili məsələsi qaldırıldı

Gürcüstanda Azərbaycan dili məsələsi qaldırıldı
16.11.2026 16:03 Dünya

Gürcüstanın Milli Tədris Planında Azərbaycan dili və ədəbiyyatının iki müstəqil fənn kimi təsbit edilməsi təklif edilir.

TodayPress TV  xəbər verir ki, Aygül İsayevanın məsələ ilə bağlı açıqlamasına görə, onun Gürcüstanın Baş nazirinə təqdim etdiyi layihə müzakirə olunması üçün Təhsil Nazirliyinə yönləndirilib.

Layihədə “Azərbaycan dili” və “Ədəbiyyat” fənlərinin Milli Tədris Planında “etnik azlıqların dilləri” adlı vahid fənn çərçivəsində deyil, iki müstəqil fənn kimi müəyyənləşdirilməsi təklif olunur.

Aygül İsayevanın bildirdiyinə görə, dərsliklər kurikulumla uzlaşmalıdır. Bu səbəbdən layihəyə azərbaycandilli məktəblərdə hazırda istifadə olunan dərsliklərin əsaslandığı kurikulumun gürcü dilindəki versiyası da əlavə edilib.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər