Yaxın 2 gündə hava necə olacaq? - AÇIQLAMA
Azərbaycanda yaxın iki gün ərzində proqnozlaşdırılan hava şəraiti açıqlanıb.
TodayPress TV xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZƏRTAC-a açıqlamasında noyabrın 17-si və 18-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyini bildirib:
“Lakin gecə saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 12–17 dərəcə isti olacağı gözlənilir.
Eyni zamanda, bölgələrdə də yaxın iki gün ərzində – noyabrın 17-18-də hava şəraiti yağmursuz keçəcək. Lakin 16-dan 17-nə keçən gecə və səhər saatlarında bəzi yerlərdə yağmurlu olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 13–18, dağlıq ərazilərdə isə 3–8 dərəcə isti olacaq”.