Husilər bombalandıqca daha da güclənir

Husilər bombalandıqca daha da güclənir
16.11.2026 16:18 Dünya

Yaxın Şərqdə hərbi və geosiyasi gərginlik fonunda Yəməndə qüvvələr nisbətinin dəyişdiyi bildirilir. ABŞ aviadaşıyıcılarının bölgədəki mövqelənməsi və husilərin Ədən istiqamətində irəliləməsi diqqət çəkir.

TodayPress TV  “World Updates” “X” kanalına istinadən məlumat verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Theodore Roosevelt” aviadaşıyıcısı rəsmi olaraq Yaxın Şərqə daxil olarkən, Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən qüvvələrinin mövqeləri ciddi şəkildə zəifləyir.

Onlar Bab əl-Məndəb boğazı istiqamətindən geri çəkilir, əraziləri itirir və husilərin şəhərə 60 kilometrədək yaxınlaşması fonunda Ədənin müdafiəsinə qayıtmağa tələsirlər.

Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin nəzarətində olan paytaxtın ətrafında mühasirə halqası daralır. Bu arada ABŞ Hərbi Dəniz Qüvvələri İranla mümkün genişmiqyaslı gərginlik ssenarisi ərəfəsində üç aviadaşıyıcı zərbə qrupunu mövqeləndirir.

Bab əl-Məndəb boğazı dünyanın ən mühüm dəniz nəqliyyatı keçidlərindən biridir. Bu ərazidə effektiv nəzarətin itirilməsi husilərin Qırmızı dənizdəki gəmiçilik marşrutlarına təsir imkanlarını artırır.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər