Suriya Məkkə İttifaqına bu şərtlə qoşulur - VİDEO - iddia
Suriyanın Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə ittifaqına qoşulacağı iddia olunur.
TodayPress TV xəbər verir ki, "Monte Cristo" "X" kanalının bu barədə yaydığı məlumatlara əsasən, Dəməşqin ittifaqa qoşulması İsrail qarşısında Səudiyyə Ərəbistanı, Türkiyə və nüvə silahına malik Pakistanın dayandığı yeni təhlükəsizlik arxitekturası yarada bilər.
İddialara görə, bu razılaşmanın qarşılığında Suriya husilərə qarşı Yəməndə döyüşmək üçün hərbçilərini göndərməlidir.
Həmçinin Dəməşqin regional təhlükəsizlik təminatı əldə etmək üçün hərbi qüvvələrindən istifadə etməyə hazır olduğu bildirilir.
Jalə Rövşən